Mübarək Ramazan ayının gündəlik duaları
Ramazan ayının 11-ci gününün duası
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis- səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl- müstəğisin".
Tərcüməsi:
"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"
Ramazan ayının 12-ci gününün duası
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi- ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi"
Ramazan ayının 13-cü gününün duası
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı"
Ramazan ayının 14-cü gününün duası
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Ramazan ayının 15-ci gününün duası
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin".
Tərgüməsi:
"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!"
Ramazan ayının 16-cı gününün duası
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin".
Tərcüməsi:
"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı"
Ramazan ayının 17-ci gününün duası
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun"
Ramazan ayının 18-ci gününün duası
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah"
Ramazan ayının 19-cu gününün duası
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".
Ramazan ayının 20-ci gününün duası
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".
Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".
Oxunub : 841844