Azərbaycandakı dini konfessiyaların rəhbərləri Heydər Əliyevin məzarını ziyarət etdilər

10.05.2025
 
 
         Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur. Bu münasibətlə martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
         Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
         Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 253