14 MAY 2025
Sabiq başkan Bibiheybət məscid-kompleksini ziyarət edib

07.05.2025
Mayın 7-də Türkiyə Cümhuriyyətinin sabiq Diyanət işləri başkanı Tayyar Altıkulaç və onu müşayiət edən şəxslər Bibiheybət məscid-kompleksini ziyarət edib. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin imamı Rahib Babayev ziyarətgahın tarixi barədə qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, sovetlər zamanında dinə qarşı başlanan repressiyalar bu ziyarətgahdan da yan keçməyib, XIII əsrə aid abidə partladılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sərəncamı ilə Bibiheybət məscidi yenidən inşa edilərək dindarların ixtiyarına verilib. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə ziyarətgahın ərazisi genişləndirilib, bərpa və yenidənqurma işləri aparıldıqdan sonra Bibiheybət məscid-kompleksi salınıb. Hər gün dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə müsəlman qonaq Bibiheybət məscid-kompleksini ziyarət edir, namaz qılır, dualar edir.
Türkiyəli qonaq ziyarətgahda görülən işləri, Azərbaycan dövlətinin dini-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 130