17 FEVRAL 2025
Din xadimləri Şəhidlər Xiyabanını ziyarət etdilər

20.01.2025
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canından keçən şəhidlərimizin anım günüdür.
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.
20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.
Allah 20 Yanvar və bütün Vətən şəhidlərinə rəhmət eləsin!

QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 510