16 YANVAR 2025
Şeyxülislam həzrətləri Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib
25.12.2024
Qazaxıstan Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıtdı.
Həlak olanlara Allah-Təaladan rəhmət diləyir, mərhumların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbr diləyir, yaralananların tezliklə şəfa tapmasını arzulayıram.
Uca Allah xalqımızı hifz etsin, bütün bəlalardan qorusun!
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 420