15 DEKABR 2024
QMİ sədri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün səfərdə olduğu Portuqaliyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb.
Cənab Moratinos Şeyxülislam A.Paşazadənin Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycanda yenicə başa çatmış COP 29 münasibətilə səmimi təbriklərini Azərbaycan Prezidentinə yetirməyi Şeyxülislam A.Paşazadədən rica edən M.A.Moratinos BMT tədbirinə uğurlu təşkilini xüsusi qeyd edib. Bildirib ki, müxtəlif fikirlərə rəğmən, COP 29 Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə baş tutdu.
Şeyxülislam A. Paşazadəni COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindənmüsbət rəylər aldığını məmnunluqla vurğuladı.Dini liderlərin Qarabağa geniş tərkibdə səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
M.A.Moratinos xüsusi qeyd etdi ki, hər iki qlobal tədbir Azərbaycan Lideri İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.
Şeyxülislam A. Paşazadə, öz növbəsində, M.A.Moratinosa qlobal tədbirə dəəə görə minnətdarlığını ifadə etdi. Həmçinin, BMT Baş Katibi cənab Qutterişə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirdi. M.A.Moratinos bu təşəkkürləri Şeyxülislamın X Qlobal Sammit çərçivəsində BMT Baş Katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd etdi. Cənab Moratinos Şeyxülislamın «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının olduqca mühüm əhəmiyyət daşıdığına işarə etdi. BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş erməniləri əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirildi ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.
Şeyxülislam A.Paşazadə BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qloal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və BMT Sivilizasiyalar Alyansı çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini bildirdi və cənab Moratinos bu təklifləri təqdir etdi, bəyəndiyini bildirdi.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 358