Şeyxülislam həzrətləri Rusiya Federasiyasına səfərə yola düşür

18.09.2024     
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-da Rusiya Federasiyasına səfərə yola düşür.
Səfərdən məqsəd RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə 21 sentyabr tarixində Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.
Budəfəki Forum RF Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur. QMİ sədri Şeyxülislam A. Paşazadə Forumda məruzə ilə çıxış edəcəkdir.
Moskvaya səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2187