18 SENTYABR 2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
Səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir. QMİ sədri A. Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcəkdir.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 6730