15 DEKABR 2024
Şeyxülislam Dinlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasına yenidən üzv seçilib
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə yenidən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasına yenidən üzv seçilib.
Bu barədə qərar bir neçə gün əvvəl KAICIID-in tərkibinə daxil olan dörd ölkəni – İspaniya, Avstriya, Səudiyyə Ərəbistanı və müşahidəçi üzv dövlət olan Vatikanın daxil olduğu Tərəflər Şurası tərəfindən qəbul edilib.
Direktorlar Şurasına beş dini –islam, xristian, iuadizm, buddizm və induzimi təmsil edən 9 görkəmli dini liderlər daxildir.
Direktorlar Şurasına Şeyxülislam Allahşükür Paşazadə, Şeyx Mühəmməd bin Əbdul Vahid bin Abdulla əl-Arifi, şeyx, doktor Əbdul-Vahab Əhməd Həsən Taha əl-Sammeray, müqəddəs Ata Loran Basaneze, mitropolit Emmanuel Adamakis, Rana Xan, ravvin Jaklin Heyzel Tabik, Koşo Nivano, Sasikumar Tarmalinqam daxildir.
Təşkilatın Baş katibi, doktor Zuheyir Əlharti Direktorlar Şurasının yeni tərkibini yüksək qiymətləndirib. O, üzvlərin dilaoq və dinlərarası dialoq sahəsində təcrübəli və mötəbər şəxslər olduğunu vurğulayıb.
Qeyd edək ki, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunub. Vatikan qurumda müşahidəçi dövlət statusundadır.
Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir.
Kral Abdulla Dialoq Mərkəzinin 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi fəaliyyət göstərir.
Kral Abdulla Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.
KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
Qurumun Azərbaycanla əlaqələri məhsuldardır. Ötən illər ərzində QMİ sədri KAİCIID-in müxtəlif beynəlxalq toplantılarında iştirak edib.
May ayında KAİCIID-in Baş katibi Zuhair Əlharti Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda itirak edib.
Prezident İlham Əliyev Baş katibi Əlhartini qəbul edib.
KAICIID-in Baş katibi Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu bildirib, ökəmizdəki tərəf müqabilləri ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Mayın 15-də Şeyxülislam Allahşükür Paşazadə Baş katib Zuheyr Əlhartinin dəvəti ilə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Portuqaliyada keçirdiyi “Transformativ Dialoq: Sürətlə Dəyişən Dünyada Sülh naminə Alyansların qurulması” mövzusunda Qlobal Forumda iştirak edib.
Oxunub : 4081