19 APREL 2025
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Portuqaliyaya səfərə yola düşür

14.05.2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 14-də Portuqaliyaya səfərə yola düşür.
Səfər KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi dr. Zuheyr Alharsinin dəvəti əsasında həyata keçirilir. Şeyxülislam A. Paşazadə “Transformativ Dialoq: Sürətlə Dəyişən Dünyada Sülh naminə Alyansların qurulması” mövzusunda 14- İ6 may tarixlərində Lissabonda keçiriləcək KAICIID 2024 Qlobal Forumunda iştirak və çıxış edəcəkdir.
Qlobal Forumun nəzərdə tutulan məqsədi Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyində təsbit edilən insan ləyaqətini təsdiq etmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.
QMİ sədri Şeyxülislam A. Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 5251