Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Prezidenti Ərdoğanla görüşüb  

                             
          Mayın 12-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul keçirib.
         Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Dünya İslam Alimlərinin Məşvərət Toplantısına qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə rəsmi qəbulda iştirak edib.
         İstanbulun Dolmabahçe sarayında keçirilən tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkə dindarlarının salam-dualarını Ərdoğana çatdırıb.
         Dövlət başçısı Ərdoğan öz növbəsində xoş arzularını dostu-qardaşı İlham Əliyevə və Azərbaycan dindarlarına yetirməyi Şeyxülislam həzrətlərindən xahiş edib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 2290