22 APREL 2025
Məscidlərdə bayram namazı qılındı

10.04.2024
Aprelin 10-da Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına uyğun olaraq bu münasibətlə məscidlərdə bayram namazı qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə Təzəpir məscidində qılınan bayram namazında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub, dövlətimizin daha da qüdrətlənməsi, ölkədəki sabitliyin davamlı olması, xalqımızın rifahı üçün dualar oxunub. Allah-Taaladan mərhəmət, rifah dolu və xeyir-bərəkət dilənib.
Uca Yaradan Ramazan ayında tutulan orucları, qılınan namazları, bu müqəddəs gündə edilən duaları qəbul etsin, inşallah. Amin!






Oxunub : 6279