Şəkidə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

 
 
 
Qafqaz Müsəlmanları İdarəsinin Şəki və Oğuz bölgə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
QMİ-nin Şəki və Oğuz rayonları üzrə qazısı Hacı Kamran Məmmədov çıxış edərək, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. Ulu Öndər Heydər Əliyevin dinimizə, milli-mənəvi dəyərlərimizə habelə, dini tariximizə aid olan abidələrimizə olan qayğısından geniş bəhs etmişdir. Ümummilli liderin siyasi kursunun layiqli varisi, müdrik siyasətçi cənab İlham Əliyevin dövlətçilik tarixindəki rolundan danışmış, əldə olunmuş inkişafın fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını vurğulamışdır.
 Tədbirdə iştirak edən digər natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunaraq bu barədə geniş məlumatlar vermişlər.
Tədbirin sonunda Kamran Əfəndiyev konfransın təşkilində göstərdiyi köməkliyə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova dindarlar adından minnətdarlığını bildirib.    
 
 
 

Oxunub : 1468