Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Şeyxülislamı təbrik etdi

                 19.07.2023
 
         Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası builki Həcc mövsümü ilə bağlı hazırlıq və sənədləşmə işlərini yüksək səviyyədə yerinə yetirdiyinə görə dünya ölkələri arasında ən yüksək nəticə göstərərək  mükafata layiq görülüb.
         Bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Tofiq bin Fouzan əl-Rəbia Qafqaz Müsəlmanları İdarəsinin  sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
         “Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Azərbaycan Həcc zəvvarlarının İşləri üzrə Büronun (Həcc missiyasının) 2023-cü ilin Həcc mövsümünə öncədən hazırlıq işlərinin yekunlaşdırılmasının qiymətləndirilməsi sahəsində ən yüksək nəticəyə görə Həcc Zəvvarlarının İşləri üzrə bürolar üçün nəzərdə tutulmuş “Ləbbeytum” mükafatı qazanması münasibəti ilə Sizi təbrik edirəm.
         Bununla bağlı Sizə və Həcc Zəvvarlarının İşləri üzrə Büronun (Həcc missiyasının) əməkdaşlarına bu mövsümdə zəvvarlara xidmət sahəsində göstərdikləri səylərə görə təşəkkür edirəm.
         Ümid edirəm ki, belə yüksək səviyyəli fəaliyyətiniz növbəti illərdəki Həcc mövsümlərində də davam edəcək.
         Yüksək alqış və təqdiri qəbul edin”.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 4966