11 OKTYABR 2024
Rumıniya Müftisi ilə QMİ-də görüş
17.07.2023
İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rumıniya Müftisi Murad Yusif ilə görüşüb.
Səmimi qardaşlıq şəraitində keçən görüşdə QMİ sədri A. Paşazadə qonağı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, ölkəmizdəki multikultural dəyərlər, konfessiyalararası anlaşma və harmoniya mühiti barədə məlumatlandırıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, əzəli ərazilərimizə davam edən qayıdış prosesi barədə məlumat verən Şeyxülislam A. Paşazadə erməni işğalçılarının törətdikləri vamdallıqların miqyası barədə qonağa ətraflı məlumat verdi, dini-mənəvi abidələrimizin yenidən qurulması, bərpası istiqamətində dövlət tərəfindən görülən misilsiz işlərdən danışıb. Rumın Müftisinin Azərbaycanda keçirilə Dünya dini liderlərinin II Bakı Sammitində iştirakçı olduğunu xatırladan A.Paşazadə növbəti Sammitə hazırlıq işlərinin getdiyini və rumın müftisini bu forumda da görmək istədiklərini qeyd edib.
Rumıniya müftisi Murad Yusif Azərbaycanda səfərdə olmaqdan və müdrik din xadimi kimi ehtiram bəslədiyi Şeyxülislam A.Paşazadə ilə görüşmək fürsətindən olduqca məmnun olduğunu ifadə edib. Qonaq dost ölkələrimiz arasında əlaqələrin inkişafının dini-mənəvi sahədə də ənənəvi münasibətlərin dərinləşməsi üçün münbit zəmin yaratdığından şad olduğunu bildirərək, QMİ sədrini Rumıniyaya səfər etməyə dəvət etməkdən şərəf duyduğunu xüsusi qeyd edib.
Görüşdə Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vasile Soare, Rumıniya Parlamentinin deputatı Əhməd Varol iştirak ediblər.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 3141