Bakıda Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb (VİDEO)

28.06.2023
Qurban bayramı ilə əlaqədar iyunun 28-də Təzəpir məscidində bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.
Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.
 
 
 

Oxunub : 4476