Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Krallığına yola düşür

18.03.2023
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvətilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində QMİ sədri A.Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.
Səfər müddətində Şeyxüliaslam A. Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1998