QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşdü

Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Ümumdünya Müsəlman Ağsaqqalları Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə X Bakı Qlobal Forumda iştirak etmək məqsədilə səfərdə olan Şuranın Baş katibi cənab Məhəmməd Əbdüssəlam və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.
Qonaqları salamlayan QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının üzvü olmasından, eləcə də cənab Əbdüssəlamın Azərbaycanı növbəti dəfə ziyarət etməsindən məmnunluğunu dilə gətirdi.  Cənab Əbdüssəlam Şuranın sədri, Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyibin Şeyxülislam A.Paşazadəyə salam-dualarını yetirdi. Qonaq  ölkəmizə, onun prezidenti, Zati-aliləri cənab İlham Əliyevə, eləcə də Şeyxülislam həzrətlərinə xüsusi ehtiram bəslədiyini, Azərbaycanın İslam aləmində və bütün dünyada nüfuzunun getdikcə artmaqda olduğunu vurğuladı. Səmimi şəraitdə keçən söhbət əsnasında tərəflər  Qafqaz Müsəlmanları İdarəsi ilə Ümumdünya Müsəlman Ağsaqqalları Şurası arasında regionda və dünyada əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 

Oxunub : 3423