QMİ sədri Əl-Əzhər Şeyxinə təbrik məktubu göndərib

13.02.2023
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Əl-Əzhər Əl-Şərifin Böyük İmamı, Ümumdünya Müsəlman Ağsaqqallar Şurasının sədri Şeyx Əhməd Əl-Tayyib həzrətlərinə doğum günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuh.
Sizə öz adımdan, Azərbaycan və bütün Qafqaz müsəlman qardaşlarınızın adından doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xeyir-dualarımı yetirir, möhkəm cansağlığı, uğur və müfəvvəqiyyətlər arzulayıram.
İslam dünyasının dini lideri kimi tutduğunuz təqdirəlayiq mövqeyiniz, ali İslam dəyərlərinin qorunub saxlanması istiqamətində səyləriniz, İslam-İslam dialoqunun inkişafına verdiyiniz müsbət töhfə, bəşəri qardaşlıq prinsipinin beynəlxalq səviyyədə möhkəmlənməsi istiqamətində misilsiz fəaliyyətiniz – bütün bunlar Sizin möhtərəm şəxsiyyətinizin böyüklüyünün sübutudur, və mən Müsəlman Ağsaqqallar Şurasının bu yaxınlarda Bəhreyndə keçirilən iclasında buna bir daha şahid oldum.
Zati-həzrətləriniz və hörmətli Şura üzvləri ilə birgə fəaliyyət göstərməkdən böyük məmnunluq duyduğumu bildirərək, bir daha Sizə öz hörmətimi ifadə edir, Uca Allahdan sizə uğurlar, İslamın, müsəlmanların və bütün bəşəriyyətin rifahı naminə yeni nailiyyətlər arzulayıram. 
Səmimi hörmət və ehtiramla,
Qardaşınız,
Şeyxülislam Allahşükür Paşazadə”
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 5586