Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Zati-müqəddəsləri Roma Papası FRANSİSK həzrətlərinə başsağlığı məktubu ünvanlayıb

31.12.2022
 
 
        
Zati-Müqəddəsləri
Roma Papası Fransisk həzrətlərinə
        
Zati-Müqəddəsləri,
Sizə öz yüksək ehtiramımızı bildirərək, Azərbaycan və ümumən Qafqaz müsəlman dindarları adından rahatlıqda olan Zati-müqəddəsləri Papa Benedikt XVI vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımızı ifadə edirəm.
Zati-müqəddəsləri Papa Benedikt XVI öz müdrikliyi və ruhani əqidəsinə sadiqliyi ilə seçilən dünya miqyaslı görkəmli dini Lider və dövlət rəhbəri olaraq Vatikanın, Müqəddəs Taxt-tacın yüksək amalları naminə misilsiz töhfələr vermiş, gələcək nəsillər üçün böyük miras qoymuşdur.
Uca Yaradanımızdan Papa Benedikt XVI rəhmət, Sizə və bütün Katolik dünyasına səbir diləyirik.
 
 
Dərin hüznlə,
Sədr 
Şeyxülislam
Allahşükür Paşazadə  
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 676