Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

12.12.2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Din xadimləri Ulu Öndərin ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2986