Misir Ərəb Respublikasının Əl-Əhram qəzeti Şeyxülislam Allahşükür Paşazadə həzrətləri haqqında məqalə dərc edib

31.10.2022
Misir Ərəb Respublikası
Əl-Əhram qəzeti
Azərbaycan müsəlmanlarının dini rəhbəri: Bəhreyn Dialoq Forumu bəşəri qardaşlıq yolunda mühüm addımdır.
Şeyxülislam Allahşükür Paşazadə
Azərbaycan müsəlmanlarının dini rəhbəri
Azərbaycanın və bütün Qafqaz müsəlmanlarının dini lideri, Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Bəhreyn Dialoq Forumunu bəşəri qardaşlıq və birgəyaşayış yolunda mühüm addım olduğunu vurğulayıb.
A.Paşazadə açıqlamasında bildirib ki, bizim hamımız “İnsan qardaşlığı” sənədinin Əl-Əzhər Əl-Şərifin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Dr. Əhməd Əl-Tayib həzrətləri və Roma Katolik Kilsəsinin Papası Zati-müqəddəsləri Fransisk həzrətləri tərəfindən 2019-cu ildə Əbu-Dabidə imzalandığının şahidiyik. Bu, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də müxtəlif din və inanclara malik bütün xalqlar arasında birgəyaşayış və qarşılıqlı hörmət ideyasının gerçəkləşməsində böyük töhfədir.
Azərbaycan və bütün Qafqaz müsəlmanlarının dini lideri, Müsəlman Ağsaqqallar Şurasının üzvü əlavə edib ki, iki böyük dini liderin imzaladığı bu mühüm sənədin prinsiplərini aktivləşdirmək, eləcə də onu ən yüksək beynəlxalq və vətəndaş cəmiyyətləri səviyyəsində dəstəkləmək və inkişaf etdirmək zəmanəmizin zəruri tələbidir.  Uca Allahdan yer üzünə sülh və firavanlıq bəxş etməsini diləyən, insan qardaşlığına xeyirli dualar edən A.Paşazadə onu da qeyd edib ki, Bəhreyn Forumu bəşəriyyətin qardaşlığı yolunda tarixi əhəmiyyət kəsb edən daha bir addım kimi xatirələrdə qalacaqdır.
Bəhreyn Krallığı 03-04 noyabr 2022-ci il tarixdə Kral Əlahəzrət Həməd bin İsa Al Xəlifənin himayəsi altında “İnsanların Birgəyaşayışı üçün Şərq və Qərb” adlı Bəhreyn Dialoq Forumunu keçirməyə hazırlaşır. Böyük Əl-Əzhər Əl-Şərif Şeyxi, Müsəlmanlar Ağsaqqallar Şurasının sədri, Əl-İmam Əl-Əkbər Prof. Dr. Əhməd Ət-Tayib və Roma Katolik Kilsəsinin Papası Fransisk həzrətlərinin iştirak etdiyi forumda dünyanın 200-ə yaxın müxtəlif dini liderləri və təmsilçiləri, elm xadimləri və media nümayəndələri yer alacaqdır.
Forum Müsəlman Ağsaqqallar Şurası, Bəhreyn Krallığının İslam İşləri üzrə Ali Şurası və Kral Həməd adına Sülh içində Birgəyaşayış Mərkəzinin birgə təşkitalçılığı ilə keçirilir.
Şeymə Əbdülhadi
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3226