Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirinə başsağlığı məktubu göndərmişdir

 
12.09.2022
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri Böyük Britaniya və Şimali İrlandiya   Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfiri Ferqus Ould cənablarına başsağlığı məktubu göndərmişdir
Məktubda deyilir:
 
Möhtərəm cənab Səfir,
Sizə öz ehtiramımızı bildirərək, Azərbaycan və ümumən Qafqaz müsəlman dindarları adından Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımızı ifadə edirəm. Bu qüssəli xəbər hamımızı dərindən kədərləndirdi.
Ülyahəzrət II Elizabetin dünyasını dəyişməsi nəinki Böyük Britaniya vətəndaşları, o cümlədən bütün tərəqqipərvər dünya ictimaiyyəti üçün ağır itkidir.
Ülyahəzrət II Elizabet öz müdrüklüyü, əzəməti, doğma vətəninə olan sonsuz sevgisi və sadiqliyi ilə seçilən dünya miqyaslı görkəmli dövlət rəhbəri olaraq Böyük Britaniyanın çiçəklənməsi və onun vətəndaşlarının rifahı naminə misilsiz töhfələr vermiş, səadətli gələcək üçün böyük miras qoymuşdur.
Uca Yaradandana Ülyahəzrət Kraliça II Elizabetə rəhmət, Sizə və Böyük Britaniya xalqına səbir diləyirik.
 
 
Hörmətlə,
İdarənin sədri Şeyxülislam
Allahşükür Paşazadə
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 953