Allahşükür Paşazadə həzrətləri Tiflisdə Cümə məscidini ziyarət etdi

23.07.2022
Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə həzrətləri Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsi heyəti ilə görüşdü. QMİ sədrini Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze qarşılayıb.
Şeyxülislam həzrətləri onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə birgə ibadət ocağının yaranma tarixi və burada mövcud şəraitlə tanış olub.
 
Görüşdən sonra Cümə məscidini ziyarət edən Allahşükür Paşazadə həzrətləri ziyarət namazı qıldı. Daha sonra, Şeyxülislam həzrətlərinin imamətliyi ilə camaat namazı qılındı.
Namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Müqəddəs Qurani – Kərim və şəkil hədiyyə olundu.
Sonda xatirə şəkili çəkdirildi.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 3781