Şeyxülislam həzrətləri Səudiyyə Ərəbistanına səfərə yola düşür


10.05.2022
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.
         Məkkəyə səfərdən öncə QMİ sədri Şeyxülislam A. Paşazadə Ulu Öndərin Anım günündə - anadan olmasının 99-cu ildönümündə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı başında əziz xatirəsini yad etdi, ruhuna dualar oxudu. Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu yad etdi.
         Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam A. Paşazadə şəhidlərimizi yad edəcər Allahdan rəhmət diləyəcək, ruhları üçün dualar edəcəkdir.
         Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcəkdir.
         Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcəkdir. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsa cənablarının dəvət məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən» kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda məruzə ilə çıxış edəcək.
         Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları ilə görüşü mümkündür.  
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifad' zaman; sayta istinad vacibdir!

Oxunub : 7009