Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti görüşü Şuşada keçirilə bilər. YENİLƏNİR!

06.05.2022
Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin iştirak etdiyi beynəlxalq konfransda Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, TDT-nın baş katibi Bağdad Amarayev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauryzbay Hacı Tağanulı, Özbəkistan Müsəlmanları İdarəsi, Qazaxıstan İnformasiya və İcma İnkişafı Naziri Askar Umarov, BTA prezidenti Darxan Kıdırali və digərləri iştirak edirlər.
Konfrans iştirakçıları türk dünyasının böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət ediblər və dualar oxuyublar.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət zamanı İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantının müzakirəsi aparılıb.
Məşvərət zamanı bu görüşün vacibliyini qeyd edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti tədbirinin oktyabr ayının əvvəllərində Azərbaycanda keçirilməsini təklif edib: “Növbəti tədbir erməni işğalçılarından azad olan Şuşa şəhərində keçirilsin və vacib qərarlara imza atılsın”.
Konfrans öz işini davam etdirir.
Konfransda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev, Türkiyə Cümhuriyyəti Dini İşlər İdarəsinin rəsi Ali Erbaş, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf naziri Əsgər Ömərov və digər natiqlər türk xaqlarının islam dünyasına verdiyi töhfələr, Türk xalqları və dövlətləri arasında mənəvi birlik məsələlərini müzakirə etdilər. Bildirildi ki, İslam dini heç vaxt terror və zorakılıq üçün alət ola bilməz.
 

Oxunub : 2315