QMİ heyəti Misirdə keçirilən beynəlxalq forumda iştirak edir

12.02.2022
Bu gün Misirin paytaxtı Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında “Vətəndaşlıq və onun ictimai və qlobal sülhün əldə edilməsinə təsiri” adlı Beynəlxalq Konfransı öz işinə başlayıb. 
Misir Ərəb Respublikasının Vəqflər naziri Məhəmməd Muxtar Əl-Cümənin sədrliyi ilə keçirilən forumda ərəb və müsəlman ölkələrinin vəqflər və islam işləri nazirləri, Avropa, Asiya, Afrika və Latın Amerikasını təmsil edən müsəlman din xadimləri, habelə beynəlxalq İslam təşkilatlarının rəhbərləri iştirak edirlər. Azərbaycanı forumda Qafqaz Müsəlmanları İdarəsi sədrinin Birinci müavini, müfti Salman Musayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri təmsil edirlər. Konfransda müfti S.Musayevin “Azərbaycanın tolerantlıq və multikulturalizm modeli” mövzusunda çıxışı gözlənilir.
Forumun kuluarlarında müfti S.Musayev Misirin və digər ölkələrin bir sıra dini xadimləri ilə görüşüb, onlarla məlumat və fikir mübadiləsi aparıb. Həmin görüşlərdə Misir və digər müsəlman ölkələrin nümayəndələri Azərbaycanın Qarabağ torpaqlarını işğaldan azad etməsi və öz ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar məmnuniyyətlərini dilə gətiriblər. 
Sabah forum öz işinə davam edəcək.
 
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3075