Monteneqroda Azərbaycanın Zəfər günü münasibətilə təbrik mesajı

 
 
Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Monteneqronun  paytaxtı Podqoritsa şəhərində yerləşən Mehmet Fatih mədrəsəsinin binasının fasadı üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılmış Azərbaycan xəritəsi əks etdirilib.
 
Bu barədə ölkənin baş müftisi Rifat Feyziç öz Tvitter  səhifəsində bildirib.
 
Xəritənin üstündə "Zəfər günün mübarək, Azərbaycan!" yazısı əks etdirilib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1382