QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN XALQA TƏBRİKİ

 
08.11.2021
Allahın adıyla!
Əziz qardaş və bacılar, şanlı Qalib xalqım!
 8 noyabr - Böyük Zəfər Günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm! Allah dövlətimizi ucaltsın, Qələbəmizi daim etsin!
Bu Zəfəri yaşayan xalqımız xoşbəxt xalqdır. Bu Qələbənin memarı isə Ulu Öndər Heydər Əliyev və onun vəsiyyətini ləyaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Uca Allah Ulu Öndərə rəhmət eləsin, ruhunu şad etsin, inşaAllah!
Allah İlham Əliyev cənablarını və onun sadiq silahdaşı, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanı qorusun, onlara möhkəm can sağlığı, Vətənimiz, dövlətimiz naminə yorulmaz fəaliyyətlərində müvəffəq etsin!
Azərbaycan xalqına bu Zəfəri bəxş edən şanlı, rəşadətli ordumuz, öz qanları bahasına ərazi bütövlüyümüzü bərpa edən, Azərbaycan xalqının qeyrətini ucaldan şəhidlərimizdir. Allah Ordumuzun dəmir yumruğunu daim möhkəm etsin, əziz şəhidlərimizə Öz dərgahında rəhmət, şəhid ailələrinə səbr, şanlı qazilərimizə möhkəm can sağlığı bəxş etsin!
Uca Allaha şükürlər olsun ki, bu böyük bayramı bizə yaşatdı. Dua edirik ki, bu tarixi gün xalqımız üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun! Amin!
Zəfər bayramınız mübarək olsun!
 
Şeyxülislam Allahşükür Paşazadə
 

Oxunub : 5951