Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının növbəti iclası keçirilib.

 
09.04.2021
Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının növbəti iclası keçirilib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə QMİ Qazılar Şurasının onlayn iclasında Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru AMEA müxbir üzvü Namiq Cəlilovun imzası ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin ünvanına daxil olan məktubun mətni oxunub. Məktubda deyilir: «Məlumat üçün bildirmək istərdik ki, Sizə təqdim olunmuş 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvim layihəsində tərəfimizdən təkrar aparılmış araşdırma nəticəsində Azərbaycan ərazisində təzə Ayın (hilalın) görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i 14 aprel 2021-ci il tarixindən başlaması təsdiqlənmişdir. Odur ki, 14 aprel 2021-ci il tarixini Ramazan ayının birinci günü kimi qəbul etmənizi ali diqqətinizə çatdırıram».
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 9201