Böyük Alimlər Şurasının üzvü Azərbaycanı dəstəkləyir

23.11.2020
İslam aləmin nüfuzlu şəxslərindən biri- Əl-Əzhər Əl-Şərif Böyük Alimlər Şurasının üzvü, prof. Doktor Əli Cümə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə məktub göndərib.
Məktubda deyilir:
 
 
“Bismilləhir-rəhmanir-rəhim
 
Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Respublikaları arasında imzalanan, bütün dünya dövlətləri tərəfindən tanınmış Azərbaycanın ərazinin bütövlüyünü təmin edən, regiona sülh və stabillik gətirən tarixi razılaşmaya nail olunması münasibətilə həzrətlərinizə ən ali təbriklərimizi göndərməkdən çox məmnunam.
     Azərbaycan multikultural, birgəyaşayış ənənələri, habelə, elm və üləmaları ilə tanınmış bir ölkədir. Alimlərinin dünyaya verdiyi töhfələr hamıya məlumdur  və o, qədim şərq və qərb mədəniyyətlərinin qovuşduğu məkandır.
    Qardaş Misirdən Vətən şəhidlərinə Allah-Taaladan  rəhmət diləyir, məkanlarının Cənnət olması, habelə, yaralıların tezliklə sağalması üçün dualar edirik.
    Qoy Azərbaycan Respublikası daima Zati-aliləri cənab İlham Əliyevin müdrik və rəşadətli rəhbərliyi altında azad və təhlükəsiz olsun, durmadan çiçəklənərək inkişaf etsin.
            Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin”.
                       
Prof. Dr. Əli Cümə
Əl-Əzhər Əl-Şərif Böyük Alimlər Şurasının üzvü
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3336