QMİ sədri Avstriya rəhbərlərinə başsağlığı məktubu göndərdi.

 
 
03.11.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Avstriyanın paytaxtı Vyanada ötən gecə baş verən terror aktından sonra bu ölkənin hökümət başçısı (kansleri) Sebastian Kurza, Vyana Arxiyepiskopu, Kardinal Şönbörnə və Avstriyadakı Ekumenik Kilsələr birliyinin sədri Rudolf Prokşiyə başsağlığı məktubu ilə müraciət edib.
 
Məktubda deyilir:
Vyanadakı Sinaqoqun yaxınlığında və şəhərin digər yerlərində baş verən dəhşətli hücumlar bizi çox sarsıtdı və kədərləndirdi.
Bu mənfur hərəkət bizim birgə mənəvi dəyərlərimizi və xüsusən İnsan həyatına qəsd edir. Bütün Səmavi Dinlər birmənalı olaraq terrora qarşıdır. Qatillər kim olursa olsun, terrorun nə dini, nə də etnik kimliyi var.
Azərbaycan və bütün Qafqaz bölgəsinin dindarları adından,  şəxsən öz adımdan bu dəhşətli hücumu qətiyyətlə qınayır, həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Bu çətin anda biz sülhsevər Avstriya xalqının yanındayıq. Yaralıların tezliklə sağalması üçün Uca Yaradana dua edirik. Uca Tanrı günahsız qurbanlara rəhmət eləsin. Amin!
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2264