İnquşetiyanın sabiq müftisi QMİ sədrinə məktub yazıb

27.10.2020
 
 
Əssalamu aleykum, çox hörmətli qardaşım, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri!
 
Azərbaycandakı, xüsusilə hərbi əməliyyatlar bölgəsində vəziyyət necədir? Ümidvaram ki, hər şey yaxşıdır. Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı və dualarımı yetirirəm. Allahın lütfü həmişə, hər zaman Sizin və Azərbaycan xalqının üzərində olsun! Allah Azərbaycana zəfər bəxş eləsin!
 
Allahdan Şəhidlərinizə rəhmət, ailələrinə baş sağlığı, yaralılara tezliklə şəfa diləyirəm.
 
Azərbaycan xalqına ən səmimi sülh və əminamanlıq arzularımla,
Qardaşınız,
Maqomed Osmanoviç Alboqaçiyev
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3063