Rusiyanın Başqırdıstan Respublikasının başçısı QMİ sədrinə teleqram vurub

 
14.05.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin adına hökümət teleqramı daxil olub. Rusiya Federasiyası Başqırdıstan Respublikasının başçısı cənab Radiy Xabirovun teleqramında deyilir:
“Möhtərəm Şeyxülislam həzrətləri!
Müqəddəs Ramazan ayının başlaması münasibətilə mənə ünvanladığınız təbriklərinizə və xoş arzularınıza görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Öz növbəmdə mən də Sizi müsəlmanların həyatında xüsusi yer tutan bu xeyirxah işlər və saleh əməllər ayı münasibətilə təbrik edirəm.
Sizi əmin edirəm ki, Başqırdıstan müsəlmanları ölkələrimizin xalqları arasında sülhün, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə öz sanballı töhfəsini verirlər.
Sizə möhkəm can sağlığı, firavanlıq və əminamanlıq arzulayıram.
Hörmətlə, Başqırdıstan Respublikasının başçısı
R.Xabirov”
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 245