İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatı sədrinin təşəkkür məktubu

12.05.2020 
İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu ünvanlamışdır.
          QMİ sədrinin ABŞ Prezidentinə koronovirus pandemiyası dövründə İran üzərinə qoyulmuş sanksiyaların dayandırılması ilə bağlı məktubuna dair fikirlərin yer aldığı müraciətdə deyilir: “Cənabımızın əxlaq və mənəvi dəyərləri üstün tutaraq Donald Trampa ünvanladığınız məktuba görə Sizə hər zamandan daha çox təşəkkür etməyi özümə borc bilirəm. Bu gün Sizin kimi din rəhbərlərinin beynəlxalq sülhün güclənməsində, İslam əhkamı və əxlaqına, həmçinin, dinlərin, xüsusilə İslam dininin ruhuna əsasən şeytani və şər qüvvələr qarşısında durmaqda danılmaz rolu heç kəsdən gizli deyil”
            İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri dr. Abuzər İbrahimi öz məktubunda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələri başçılarının videokonfrans vasitəsilə təşkil olunan Zirvə görüşünün yüksək dəyər kəsb etdiyini, habelə iki dost və qardaş ölkə olan İran və Azərbaycan xalqlarının zəngin tarixlərinə və qiymətli dəyərlərinə söykənməklə bütün çətinliklərin öhdəsindən qalibiyyətlə gələcəyinə ümidvar olduğunu ifadə etmişdir.      
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 997