“Sülh və əminamanlıq naminə ümumbəşər qardaşlıq” (beynəlxalq konfrans)

 
 
Zaqreb, 5 fevral 2020-ci il.
Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə ölkə prezidentinin himayədarlığı altında “Sülh və əminamanlıq naminə ümumbəşər qardaşlıq” müvzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Tədbirin təşkilatçısı kimi İslam Aləmi Liqası (İAL), Xorvatiya müsəlmanları Təşkilatı və Xorvatiyanın yepiskoplar konqresi çıxış edir.
Konfransın açılış mərasimi Xorvatiyanın presidenti xanım Kitaroviç, habelə ölkənin baş naziri, parlamentin spikeri və nazirlər iştirakı ilə keçib. Mərasimdə həmçinin İAL baş katibi Məhəmməd Əl-İsa, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası dialoq mərkəzinin baş katibi Feysal bin Muammar, Misir diyarının müftisi Şauqi Əllam, Əlcəzair Ali Dini şürasının sədri Buabdulla Qulamulla, Vatikanın İslamla dialoq departamentinin başçısı Monsinyor Xaled Akaşe və digər tanınmış simalar iştirak ediblər.
Konfransda Balkan regionunun və digər Avropa ölkələrinin müftiləri, Vatikanın, Səudiyyə Ərəbistanı Krallığının, Birləşmiş Ərəb Əmirliklərinin, Misir Ərəb Respublikasının, Küveyt dövlətinin, Əlcəzair Xalq Demokratik Respublikasının, Mərakeş Krallığının, Rusiya Federasiyasının, eləcə də bir sıra digər ölkələrin yüksək rütbəli dövlət və din xadimləri iştirak edirlər. Ölkəmizi konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri – sədrin birinci müavini Salman Musayev və sədr müavini Rəşad Əliyarlı, eləcə də Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov təmsil edirlər.
Bu gün konfrans öz işini yekunlaşdıracaq.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1344