Şeyxülislam həzrətləri rəsmi görüşlərlə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət etmişdir.


29.08.2019
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri 29 avqust 2019-cu il tarixində rəsmi görüşlərlə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət etmişdir. Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunmaqdadır. 
Daha sonra Şeyxülislam həzrətləri Məkkənin məhşur astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və astrofizik muzeylə də tanış olmuşdur.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentlikləri Şeyxülislam Allahşükür Paşazadənin səfərini mətbuat səhifələrində işıqlandıraraq, bu cür əhəmiyyətli görüşün iki ölkəyə və müsəlman dünyasına böyük töhfələr verdiklərini qeyd etmişlər.
Ziyarət zamanı Kral sarayının müşaviri Səudiyyə Ərəbistanının böyük alimlər Şurasının üzvü Şeyx Səd Nasir əş-Şisri Şeyxülislam həzrətlərini müşayət etmişdir.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 770