Gürcüstan prezidenti Salome Zurabişvili Şeyxülislam həzrətlərini təbrik edib.

 
 
26.08.2019
Gürcüstan Respublikasının prezidenti xanım Salome Zurabişvili Şeyxülislam həzrətlərinə anadan olmasının 70 illiyi və şeyxülislamlıq fəaliyyətinin 40-illiyi münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Bu əlamətdar gündə Sizin İslam dininə verdiyiniz böyük töhfəni qeyd etmək istəyirəm. Eyni zamanda, Sizin Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi uğrunda verdiyiniz səylər də əvəzedilməzdir.
Şeyx həzrətləri, Sizə öz dərin ehtiramımı ifadə edir, Sizə və bütün icmanıza xoşbəxtlik və can sağlığı arzu edirəm.
Səmimi hörmətlə,
 
Salome Zurabişvili"
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 989