29 MART 2024
Rusiyanın mötəbər elmi-populyar jurnalında Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 70 illik yubileyinə həsr olunmuş məqalə dərc olunub
20.08.2019
Rusiyanın mötəbər elmi-populyar nəşrlərindən olan "Наука и религия" jurnalı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunmuş geniş məqalə vermişdir.
Məqalədə Şeyxülislam Allahşükür Paşazadənin keçdiyi həyat yolu, elmi və ictimai fəaliyyəti, dini liderlik mövqeyi hərtərəfli ışıqlandırılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 40 il ərzində gördüyü işlərə, keçdiyi mübarizə yollarına və nailiyyətlərə həsr olunmuş yazıda Şeyx həzrətlərinin sülhpərvər missiyası, dövlətçilik ideallarına xidməti, dinlərarası multikultral münasibətlərin inkişafına verdiyi töhfələr öz əksini tapmışdır.
Çox önəmli haldır ki, Rusiya mətbuatının sanballı nümunələrindən olan "Наука и религия" jurnalı zəmanəmizin böyük din xadimi Şeyxülislam Allahşükür Paşazadə haqqında ilk dəfə esse xarakterli məqalə verməklə ölkəmizin dini mühitinə olan ehtiramını nümayiş etdirmişdir.
Məqalənin müəllifi fəlsəfə doktoru Qəmər xanım Cavadlıdır. Məqalənin tam mətni ilə jurnalın «наука-религия.рф» saytında tanış ola bilərsiniz.
Oxunub : 842