Şeyxüislam həzrətləri KAICIID Dialoq Mərkəzinin Direktorlar Şurasının sessiyasında iştirak edib.

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri  5 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən  KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak etmişdir.
Sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr aparılmış, Mərkəzin müxtəlif dünyanın regionlarında, müxtəlif istiqamətlərdə apardığı fəaliyyətlə bağlı hesabatlar təqdim olunmuş, illik fəaliyyət planı, habelə Mərkəzin beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara dair fikir mübadiləsi aparılmışdır.
İyulun 6-da, sessiya öz işini tamamladıqdan sonra QMİ sədri və onu müşaiyət edən heyət vətənə qayıdıb.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, dünyanın dinlərarası və mədəniyyətlərarası dialoq üzrə yeganə hökumətlərarası beynəlxalq təşkilatı olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini liderdir.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1433