Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib

 
 
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qəbul edilmiş bayrağının üçrəngli olması və islami dəyərlərin burada həkk edilməsi onu göstərir ki, Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni əsirgəməyib.
 
Bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri hacı Allahşükür Paşazadə mayın 21-də “Azərbaycan Cümhuriyyəti - 100: müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
 
Onun sözlərinə görə, 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanı işğal edib və 23 aylıq fəaliyyətdən sonra AXC süquta yetirilib. İşğaldan cəmi iki həftə sonra bolşevik hökumətinin Xalq Maarifi Komissarlığı vicdan azadlığı haqqında dekret verib. Dekretə görə özəl və dövlət məktəblərində dini təlimin tədrisi və hər hansı dini ayinin icrası qadağan olunub. Bolşeviklər ruhaniləri xalq düşməni elan edərək əmlaklarını əlindən alır, Sibirə göndərir və əksəriyyətini güllələyirdilər.
 

Oxunub : 2606