06 NOYABR 2024
Həzrət İmam Əlinin (ə) məqbərə kompleksi - Nəcəf, İraq
Həzrət İmam Əlinin (ə) məqbərəsi İraqın Nəcəf şəhərində yerləşir. Bu məkan əsrlərdən bəri müsəlmanların ziyarət etdikləri ən məşhur ziyarət ocaqlarından hesab edilir.
Kufə şəhərinin on kilometr qərbində olan Nəcəf şəhərinə Babul-ulum, yəni “elmlər şəhəri” də deyilir. Bu da Nəcəfdə çoxlu sayda elmi-dini hövzələrin, akademik dini mərkəzlərin olması ilə bağlıdır.

Həzrət İmam Əli (ə)
İmam Əli (ə) 12 Əhli-beyt imamından birincisidir. O, Miladi təqvimlə 600-cü ildə Məkkə şərində, müqəddəs Kəbə evində dünyaya gəlib, 661-ci ildə Kufədə 61 yaşında şəhid edilib.
Həzrət İmam Əli (ə) Həzrət Muhəmməd (s) peyğəmbərə ən yaxın şəxslərdən və onun gətirdiyi dinə ilk iman gətirənlərdən olmuşdur. O, Peyğəmbərin qızı Xanım Fatimeyi-Zəhranın (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır. Məşhur rəvayətə görə, Quranda Əhli-beytə dair ayə nazil olduqda (bax: surə 33, ayə 33), Həzrət Peyğəmbər (s) Əlini, eləcə də qızı Fatimə və nəvələri Həsən ilə Hüseyni əbasının altına alaraq, “bunlardır mənim Əhli-beytim” deyə buyurmuşdur.
Həzrət Əli (ə) 656-cı ildə, xəlifə Osman bin Əfvan qətlə yetirildikdən sonra müsəlman ümmətinin təkidi ilə xəlifə seçilmişdir. 5 illik xilafəti dövrü olduqca çətin şəraitdə keçmiş, daxili düşmənlərin silahlı müxalifətilə üzləşmişdir. Nəhayət, 661-ci ildə, mübarək Ramazan ayının 19-cu gecəsində xəvariclərdən olan Əbdürrəhman bin Mülcəm tərəfindən Kufə şəhərində zəhərli qılıncla zəbətlənmiş, iki gün sonra aldığı zərbədən şəhid olmuşdur. İmamın pak cənazəsi indiki Nəcəfə gətirilmiş, burada dəfn edilmişdir. Elə həmin dövrdən bu məkan müsəlmanların kütləvi ziyarət yerlərindən birinə çevrilmişdir.

Oxunub : 12301