Şeyxülislam ordeni

  
 
   Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 2005-ci ildə  “Şeyxülislam ordeni” təsis edilmişdir. Bu ordenə ilk dəfə sülhün,  tolerantlığın, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı  istiqamətində böyük xidmətlərinə görə Azərbaycan xalqının Ümummilli  lideri Heydər Əliyev layiq görülmüşdür. 2005-2014-cü illər ərzində bu  mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya  Federasiyasının Prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya  Patriarxları II Aleksi və Kiril, İslam Konfransı Təşkilatının Baş Katibi  Ekmələddin İhsanoğlu, Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib  Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov,  Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Türkmənistan Respublikasının  Prezidenti Qurbanqulu Berdiməhəmmədova verilmişdir.