Fələstin prezidentindən Şeyxülislam həzrətlərinə təbrik məktubu. 06.06.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə Fələstin prezidenti Mahmud Abbasdan Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
 
“Rəhmət və məğfirət ayı olan mübarək Ramazanın gəlişi münasibətilə Sizə böyük məmnuniyyətlə öz səmimi təbriklərimizi və qardaş arzularımızı çatdırırıq. Uca və Qadir Allahdan Sizə bu gözəl ayın fəzilətini, xeyrini və bərəkətini diləyir, uzun ömür və can sağlığı arzulayırıq. Qoy Allah-Taala böyük ümmətimizin hədəflərini həyata keçirmək, onun vəhdətini möhkəmlətmək, şənini ucaltmaq, zəbt olunmuş torpaqlarını, müqəddəs yerlərini işğal caynağından geri qaytarmaq uğrunda gördüyünüz işlərin davam etdirilməsində Sizi müvəffəq etsin.
Ən səmimi və xoş qardaş təbriklərimizi qəbul edin!
Mahmud Abbas
Fələstin Dövlətinin prezidenti
Fələstin Azadlıq Təşkilatı icra komitəsinin sədri”
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1096