İslam Əməkdaşlıq Təşkilatının Baş katibindən təşəkkür məktubu. 06.06.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Useymindən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
 
“Möhtərəm Şeyx Həzrətləri,
İcazə verin, Bakıda səfərdə olduğum zaman mənə və nümayəndə heyətimizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirim. Sizinlə görüşmək və fikir mübadiləsi aparmaq mənim üçün həqiqətən böyük xoşbəxtlik oldu.
Mən ürəkdən ümidvaram ki, görüşümüz zamanı səsləndirilmiş rəy və fikirlər gələcək təmaslarımızda öz davamını tapacaq və İslam Dünyasının rifahı naminə konstruktiv əməkdaşlığımızı inkişaf etdirəcəkdir.
Şeyx Həzrətləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.
Yusif Əl-Useymin
İƏT Baş katibi”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1160