QMİ-də rəsmi məktublar 24.04.2017

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qırğızstan Respublikasının müftisi Maksatbek Toktomuşevə və Rusiya Federasiyası Tatarstan Respublikasının müftisi Kamil Samiqullinə onların tutduqları vəzifəyə yenidən seçilmələri ilə əlaqədar təbrik məktubları göndərib. Artıq Şeyxülislam Həzrətlərinin ünvanına müfti Toktomuşevdən təşəkkür məktubu gəlib.
Digər tərəfdən, Qafqaz Müsəlmanları İdarəsinə Şeyxülislam Həzrətlərinin adına Rusiya Federasiyası Dağıstan Respublikasının Başçısından məktub daxil olub. Cənab Ramazan Abdulatipov Şeyxülislam Allahşükür Paşazadəni Novruz bayramı münasibətilə təbrik edib.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1142