Şeyxülislam həzrətlərinin Səudiyyə Ərəbistan səfəri

20.03.2023
Mart ayının 19-u QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Mədinə şəhərində yerləşən Məhəmməd Peyğəmbərin (s.a.s.) məscidini ziyarət etmiş, Peyğəmbər məqamında Azərbaycan dövləti, prezident İlham Əliyev cənabları  və bütün Azərbaycan xalqı üçün dualar etmişdir.
Martın 20-si QMİ sədri və onu müşayiət edən nümayəndə heyəti Kral Fəhd adına Qurani-Kərim çapetmə kompleksini ziyarət etmişdir. Burada onu qarşılayan kompleksin baş katibi cənab Atif İbrahim əl-Ülyan kompleks haqqında geniş məlumat vermişdir. Belə ki, burada təkçə son beş il ərzində üç yüz iyirmi milyon  Qurani-Kərim nüsxəsi çap edilərək, dünyanın bir çox ölkələrinə göndərilmişdir. Qurani-Kərim burada 76 müxtəlif dillərə tərcümə edilmişdir. Kompleksdə Qurani-Kərim təfsiri və beş cilddən ibarət görmə qüsuru olan insanlar üçün xüsusi Quran nüsxələri çap olunur.   Şeyxülislam həzrətləri kompleksin xatirə dəftərində yazı yazaraq Kompleksin gördüyü işlərin İslam dininə  və dünya müsəlmanlarına önəmli töhfələr verdiyini qeyd etmişdir.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 2664