Şeyxülislam Allahşükür Paşazadə - 73

26.08.2022
Bu gün, avqust ayının 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 73 yaşı tamam olur.
QMİ əməkdaşları adından möhtərəm Şeyxülislam həzrətlərini bu münasibətlə təbrik edir, ona uzun ömür, can sağlığı, müqəddəs dinimiz, milli-mənəvi dəyərlərimiz, Vətənimiz və dövlətimiz naminə yorulmaz fəaliyyətində Uca Allahdan rəvac diləyirik!
“Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.
 
Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına sanballı töhfələr verir.”
(Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin 09 aprel 2019-cu il tarixli Sərəncamından”)
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5308