Şeyxülislam həzrətləri Rusiya Federasiyasına səfərə yola düşür

    11.10.2021
 
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.
Səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir.  Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Zati-müqəddəsləri Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2567