QMİ sədri Patriarx Kirilə başsağlığı məktubu göndərdi
Председатель УМК выразил соболезнование Патриарху Кириллу

12.06.2021
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəsləri, Moskva və bütün Rusiyanın Patriarxı Kiril həzrətlərinə başsağlığı məktubu göndərib.
Məktubun mətni aşağıda təqdim olunub.
 
 
Шейх-уль-ислам Аллахшукюр Пашазаде направил Патриарху Московскому и всея Руси Кириллу письмо соболезнования в связи с кончиной Архиепископа Бакинского и Азербайджанского Александра.
Ниже приведен текст письма.
 
 
Zati-Müqəddəsləri,
Moskva və Bütün Rusiyanın Patriarxı KİRİL Həzrətlərinə
 
O Bir olan Yaradanın adı ilə!
Zati-Müqəddəsləri!
Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəslərinizə və Sizin timsalınızda bütün Pravoslav dünyasına Azərbaycan müsəlmanları adından, şəxsən öz adımdan başsağlığı verirəm.
 Aleksandr həzrətlərinin ölüm xəbəri bizi və bu müdrik və çox hörmətli din xadimini tanıyan hər kəsi dərindən kədərləndirdi. Ömrünün böyük hissəsini Aleksandr həzrətləri Azərbaycanda apardığı dini fəaliyyətə həsr etmişdi. Biz Aleksandr həzrətlərinin simasında Azərbaycan xalqının böyük dostu, Azərbaycanı sevən, Yaradanımızın kəlamını insanlara çatdıran, hamı tərəfindən sevilən, möhtərəm bir dini xadimi dost kimi qazandığımıza görə Rus Pravoslav Kilsəsinə minnətdarıq. Rus Pravoslav icmasının rəhbəri olaraq o, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin görkəmli bir üzvü idi və bununla qürur duyurdu. Öz yüksək dini idealları, insani keyfiyyətləri, yüksək tolerantlığı ilə Aleksandr həzrətləri multikultural Azərbaycanda, bütün Qafqazda böyük sevgi, etibar, hörmət və ehtiram qazanmışdı. Fəaliyyəti ilə, şəxsi keyfiyyətləri ilə Rus Pravoslav Kilsəsinin Azərbaycandakı xoşməramlı səfiri kimi qəbul edilmiş Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrın xatirəsini Azərbaycan xalqı əbədi yaşadacaqdır. Onun əziz xatirəsi daim qəlbimizdə qalacaqdır.
Zati-Müqəddəsləri! Bu kədərli anda, bu ağır itki ilə əlaqədar bizim ən səmimi başsağlığı diləklərimizi qəbul edin. Allah Aleksandr qardaşımıza rəhmət eləsin!
         
Dərin hüznlə,
 
         Şeyxülislam
Allahşükür Pashazadə
-------------------------------------------------------------------------------
 
 
 
                                               Его Святейшеству,
Святейшему Патриарху Московскому и всея Руси
 КИРИЛЛУ
Именем Единого Создателя!
Ваше Святейшество!
От имени мусульман Азербайджана и от себя лично приношу свои глубокие соболезнования Вашему Святейшеству, и в Вашем лице всему Православному миру в связи с кончиной Его Высокопреосвященства Архиепископа Бакинского и Азербайджанского Александра.
 Известие о кончине Высокопреосвященного Александра глубоко опечалило нас и всех тех, кто знал и уважал этого мудрого и почитаемого религиозного деятеля. Большую часть своей жизни Его Высокопреосвященство посвятил высокому религиозному служению в Азербайджане. Мы благодарны Русской Православной Церкви за то, что в лице Высокопреосвященнейшего Александра азербайджанского народ снискал себе большого друга, любящего Азербайджан и любимого всеми духовного пастыря, несущего людям Слово нашего Единого Всевышнего Творца. Как глава Русской Православной общины, он был видным членом многонационального и многоконфессионального азербайджанского общества, принадлежностью к которому всегда гордился. Своими высокими религиозными идеалами и человеческими качествами, безграничной толерантностью Высокопреосвященнейший Александр завоевал в мультикультуральном Азербайджане и на всем Кавказе любовь, признание, доверие и почтение. Азербайджанский народ всегда с уважением будет хранить память об Архиепископе Бакинском и Азербайджанском Александре, который своей деятельностью и высокими личными качествами завоевал имя посла доброй воли Русской Православной Церкви в Азербайджане. Светлая память о нем навсегда останется в наших сердцах.
Ваше Святейшество! В минуты скорби, примите наши самые искренние соболезнования в связи с этой тяжелой утратой.
Да упокоит Всевышний душу нашего брата Александра!
         
С глубоким прискорбием,
 
         Шейх-уль-ислам
Аллахшукюр Пашазаде
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 8462